Murad Dadaşovun ailəsində xoş gün
Şou
Xalq artisti Murad Dadaşovun evində xeyir iş olacaq.
News24.az xəbər verir ki, Xəzər Media Mərkəzinin Baş direktoru oğlu Kamala toy edəcək.
Məclis dekabrda şəhər restoranlarından birində keçiriləcək. Toya tanınmış simalar, mədəniyyət nümayəndələri dəvət olunub.
Qeyd edək ki, Aytən adlı xanımla ailəli olan M.Dadaşovun Kamal, Ziya və Əli adlı 3 oğlu var. (Axşam.az)