“İnsanların sevgisini bu qədər hiss etməmişdim” – - Mərdan izdihamlı konsertdən danışdı

“İnsanların sevgisini bu qədər hiss etməmişdim” – - Mərdan izdihamlı konsertdən danışdı Şou
“Konsert zamanı bu qədər alqış və tamaşaçı sevgisi görəcəyimi düşünmürdüm. Həqiqətən insanlar mahnıları mənimlə birlikdə ifa etdi, alqışları heç kəsmədilər. Bir müğənni üçün  bundan böyük motivasiya ola bilməz”. 

Bu sözləri News24.az-a Türkiyəli sənətçi Soner Sarıkabadayı konserti öncəsi səhnəyə çıxan müğənni Mərdan Kazımov deyib. 

Müğənni “Doya-doya” mahnısına yenidən klip çəkdirməsindən də bəhs edib: “Klip maraqla qarşılanmışdı. Amma mahnının ikinci bir versiyasını hazırladıq və bəyənildi. Hazırda sosial mediada ard-arda mahnıya videolar çəkilir.  Gözəl sözlər yazılır.  Diqqət göstərən hər kəsə minnətdaram”.

Müğənni “Avroviziya” mahnı müsabiqəsi haqqında da bəhs edib: “Mənim “Avroviziya” ilə bağlı iddiam yoxdur. Müsabiqənin seçim turuna qatılmağı düşünmürəm. Təbii ki, zamanın nə göstərəcəyini bilmirik. Məsləhət olarsa, gedərəm. Gözəl mahnılarımız var. Getsəm, yaxşı performans göstərəcəyimi düşünürəm”. 

Könül İbrahim
Nicat Niftəliyev
“İnsanların sevgisini bu qədər hiss etməmişdim” – - Mərdan izdihamlı konsertdən danışdı “İnsanların sevgisini bu qədər hiss etməmişdim” – - Mərdan izdihamlı konsertdən danışdı “İnsanların sevgisini bu qədər hiss etməmişdim” – - Mərdan izdihamlı konsertdən danışdı “İnsanların sevgisini bu qədər hiss etməmişdim” – - Mərdan izdihamlı konsertdən danışdı