"Nə vaxta qədər ki, xanımların bütün düşüncələri və arzuları ərə getmək olacaq..." - HÜSNİYƏ MƏHƏRRƏMOVA

"Nə vaxta qədər ki, xanımların bütün düşüncələri və arzuları ərə getmək olacaq..." - HÜSNİYƏ MƏHƏRRƏMOVA Şou
Aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə qadınlarla bağlı paylaşım edib.

News24.az xəbər verir ki, o, kişilər arasında aparılan "Qadın dediyin necə olmalıdır" sorğusuna münasibət bildirib: "Nə vaxta qədər ki, xanımların gözəl həyat haqqındakı bütün düşüncələri və arzuları ərə getmək olacaq, nə vaxta qədər qadın "seçmək" yox "seçilmək" istəyəcək, nə vaxta qədər xanımlar öz uşaqlarına "Ona olar, o oğlandı. Sənə olmaz, sən qızsan" deyəcək... Bax, o vaxta qədər də biz "Qadın necə olmalıdır" sualına belə "məntiqli" cavablar eşidəcəyik. Əl çəkin kişilərdən. Bezdirdiniz... Kişiləri də dünyaya gətirən, böyüdən, tərbiyə verən qadınlardır. Özünüzdən başlayın".

Sevda Bayramova