“Nura Suri ilə münaqişəm yoxdur” - Samir Cavadzadə

“Nura Suri ilə münaqişəm yoxdur” - Samir Cavadzadə Şou
“Röya ilə küsülülüyümüz uzun çəkməyib, bir-birimizlə dava etməmişik. İnciklik olub və kənara çəkilmişik. Amma dar günümüzdə həmişə bir-birimizin yanındayıq”.

Bu sözləri News24.az-a açıqlamasında müğənni Samir Cavadzadə deyib. O, ikiüzlülüklə bağlı yazdığı statusa da aydınlıq gətirib: 

“Paylaşımım şou-biznes nümayəndələrinə aid deyil, ümumilikdə fikir idi. Bir mahnı üzərində işləyirəm. Mahnının adı "Boş ver"dir. "Yalançı gülüşləri, saxta görüşləri, Salamı belə düşünüb verənləri boş ver". Əslində, tamaşaçıları o mahnıya hazırlaşdırırdım. Mahnı uzandı, aranjemanı bəyənilmədi. Mahnının daha yaxşı olması üçün gözləyirəm”.

İfaçı Nura Suri ilə küsülü olmasından da danışıb: 

“Allahın salamıdır, bir-birimizə veririk. Mənim heç kimlə münaqişəm yoxdur. Sağ olsunlar, əsas da musiqiçilər mənə çox böyük hörmət və rəğbətlə yanaşırlar. Sadəcə mən bir gün o restorana gedim, gəzim, elə bir insan deyiləm. Sakitcə qapalı məkanlara gedirəm. O demək deyil ki, özümdən razıyam, insanlardan gizlənirəm”.

Könül İBRAHİM