Nüşabə Ələsgərli nənə oldu
Şou
Nüşabə Ələsgərli nənə olubƏməkdar artist Nüşabə Ələsgərli nənə olub.
News24.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni bu haqda "Xəbərin var?" proqramına açıqlamasında deyib. İfaçı bildirib ki, qızı Nigar ana olub:
"Hələ gedib nəvəmi görməmişəm. Qızım Belçikada yaşayır. Gedib görəcəyəm. Çalışıram yaxşı nənə olum".
N.Ələsgərli oğlu Orxandan da söz açıb. O bildirib ki, övladını özü seçdiyi xanımla evləndirəcək:
"Oğlum hələ subaydır. Orxan öz sevdiyini tapsın, sonra evləndirim. Biz hansı əsrdə yaşayırıq ki, mən gəlin tapım. Onlar yaşıyacaqlzar, bir-birini sevməlidirlər. Qısqanc olmayacağam. Oğlum xoşbəxtdirsə, mən də xoşbəxt olacağam".