Oğlunu efirdə görən müğənni gözyaşlarını saxlaya bilmədi – Video

Oğlunu efirdə görən müğənni gözyaşlarını saxlaya bilmədi – Video Şou

Müğənni Tacir Şahmalıoğlu qonaq olduğu “Qonaqcanlı” verilişində kövrək anlar yaşayıb. Belə ki, bir neçə gün sonra oğluna toy etməyə hazırlaşan müğənninin oğlu efirə gəlib və bu zaman onun üçün “Vağzalı” səsləndirilib.

News24.az xəbər verir ki, musiqini eşidən Tacir Şahmalıoğlu kövrəlib və gözləri dolub. Onun bu görüntüləri kameraların gözündən yayınmayıb.

Onunla birlikdə verilişdə iştirak edən sənət dostları isə müğənnini və onun oğlunu təbrik edib.

Qeyd edək ki, Tacir Şahmalıoğlunun oğlunun nişan mərasimi noyabrın 25-də keçiriləcək.