Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyuldu – Yeniləndi

Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyuldu – Yeniləndi Şou

Türkiyəli aktyor Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyulub.

News24.az xəbər verir ki, məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılan aktrisa və müğənni Emel Müftüoğlu ilə aktyor Oktay Kaynarca, ölkədən çıxışlarına qadağa tətbiq olunmaqla azadlığa buraxılıblar.

Qeyd edək ki, aktyorun vəkili onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə onun ölkədən çıxışına qadağa qoymaqla sərbəst buraxıb.

**

Türkiyəli tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

News24.az xəbər verir ki, onlar məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılıblar.

Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

**

Türkiyəli tanınmış aktyor Oktay Kaynarca saxlanılıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Türkiyədə tanınmış şəxslərə qarşı aparılan “Narkotik işi” çərçivəsində saxlanılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində O.Kaynarca ilə yanaşı, 5 nəfər də saxlanılıb.

Onlar arasında müğənni Emel Müftüoğlu da var. Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya da saxlanılanlar sırasındadır.