"Füzuli" kantatası mənə gəlir gətirmədi, amma..." - Nadirdən qalmaqallı - AÇIQLAMA

"Füzuli" kantatası mənə gəlir gətirmədi, amma..." - Nadirdən qalmaqallı - AÇIQLAMA Şou

"Maral" mahnısını məndən öncə türk müğənni oxumuşdu. 2013-cü ildə Fərid Kərimi bu mahnını mənə verdi. Əvvəlcə "yox" dedim. Çünki o dövrlərdə "Füzuli" kantatası, Flora Kərimovanın repertuarından mahnılar oxuyurdum. Düşündüm ki, bu nədir? Mənə görə bu, sənətdə eniş idi, amma yenə də oxudum".

News24.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Özəl" verilişdə deyib. O, bildirib ki, "Maral" mahnısına görə vaxtıilə çox tənqid olunub: "Bu mahnıya görə çox tənqid olundum, sərt təpkilər aldım, üzərimə çox gəldilər. Hər kəs "Maral"ı bayağı adlandırırdı, amma nəticədə mahnı sevildi. Həmin o bayağı dediyi müğənnilər sonradan özləri bu mahnını toylarda oxumağa başladılar. Hətta mənə deyirdilər ki, "çox sağ ol, sənin mahnına görə biz pul qazandıq". O dövrlərdə bu mahnı çox təlabatlı idi. Mən "Maral"la bir çox ölkəni gəzdim, imkanlı adamların toylarına yolum açıldı, yaxşı pul qazandım, övladlarıma ev aldım, onları oxutdurdum. Bir sözlə, həyatım dəyişdi. "Füzuli" kantatası mənə gəlir gətirmədi, amma "Maral" çox pul qazandırdı. Etiraf edirəm ki, toyların birində "Vağzalı" əvəzinə gəlin "Maral"ın sədaları altında toya daxil olub".