“Polis rəisi evimi mənimsəyib” - DİN-dən AÇIQLAMA - YENİLƏNDİ

“Polis rəisi evimi mənimsəyib” - DİN-dən AÇIQLAMA - YENİLƏNDİ Şou
Müğənni Rəqsanə İsmayılova Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb. 

News24.az xəbər verir ki, müğənni sosial şəbəkədə yaydığı videoda iddia edib ki, Xəzər Rayonu Polis bölməsinin rəisi Əli İbrahimov onun evini mənimsəyib. 

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məsələ ilə bağlı saytımıza açıqlama verib.

O qeyd edib ki, tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub: "Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada bank-köçürmə yolu həyata keçirilib. Sonradan qarşı tərəf ödənən məbləği qaytarmadan evi geri tələb edib. Mübahisə, tərəflər arasında məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbəni təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur".

Sözügedən müraciəti təqdim edirik: