“Qeyri-ciddi adamdırlar, özlərini biabır ediblər” – - Müşviq “Cinemazadeh” qalmaqalından danışdı

“Qeyri-ciddi adamdırlar, özlərini biabır ediblər” – - Müşviq “Cinemazadeh” qalmaqalından danışdı Şou
Aktyor Müşviq Şahverdiyev tanınmış film istehsalçısı “Cinemazadeh” ilə məhkəməlik olmasından danışıb. 

News24.az
saytına açıqlama verən aktyor  “Mən Qubada çəkilişdəyəm, xəbərim yox idi. Mənə də indi xəbər ediblər. Mən onlara qeyri-ciddi adam kimi baxıram. Ordan heç bir aktyor razı deyil. Onlar bir neçə adamı məhkəməyə veriblər, uduzublar. Yeyintilər ediblər. Şirkətin rəhbərinin pullarını yeyiblər. Mənimlə müqavilə bağlayıblar. 3 film çəkilməli idi. Hələ ssenarini, danışıqları üzə çıxarsınlar. Cəfər Axudzadə ağlını itirib. Filmlər çəkilməyib, avansımı almışam, amma üstündən neçə il keçib. Onlara görə filmlərdən imtina etmişəm. Ziyana düşmüşəm. İndi necə deyə bilirlər ki, pulu qaytar? Ssenariləri yoxdur,  çəkiliş olmayıb. Olmayan çəkilişə necə gedə bilərdim? Bu gün danışdıqlarını sabah danırlar”. 

Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib. Tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə, məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Belə ki, aktyor şirkətin film layihəsində iştirakla bağlı müqavilə imzalasa da, daha sonra çəkilişdə iştirak etməkdən imtina edib. Buna görə də, şirkət Müşviq Şahverdiyevdən təzminat tələb edir. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, M.Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb. Məhkəmə xəbərini Qafqazinfo.az saytı yayıb.

Könül İBRAHİM