Qəzaya düşən məşhur ifaçının səhhəti - AĞIRLAŞDI

Qəzaya düşən məşhur ifaçının səhhəti - AĞIRLAŞDI Şou
Xəbər verdiyimiz kimi, müğənni Lada Dens avtomobil qəzası keçirib.

News24.az xəbər verir ki, taksidə olarkən kəllə-beyin travması alan sənətçinin səhhəti daha da ağırlaşıb. 

Üzüdən ikinci dəfə əməliyyat olunan hazırda müğənni danışa bilmir. 

Qeyd edək ki, hadisə 3 gün əvvəl Krım magistralının 52-ci kilometrliyində baş verib. Qəza zamanı 3 avtomobil toqquşub, ümumilikdə 4 nəfər xəsarət alıb. Sənətçi Rusiyanın Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə xəstəxanaya çatdırılıb.(Axşam.az)