"Real həyatda heç kim belə görünmür" – məşhur aktrisa onları sərt tənqid etdi

"Real həyatda heç kim belə görünmür" – məşhur aktrisa onları sərt tənqid etdi Şou

Britaniyalı aktrisa və “Oskar” mükafatı laureatı Keyt Uinslet “The Times” qəzetinə verdiyi müsahibədə arıqlıq kultunu, botoksu, fillerləri və arıqladıcı dərmanları sərt şəkildə tənqid edib.

News24.az xəbər verir ki, Uinslet müasir gözəllik standartlarının insanları özlərini tanımaz hala saldığını bildirib:

“Bu dəhşətdir. Bəzi insanlar nə bahasına olursa-olsun başqa biri olmaq istəyir. Amma onlar bədənlərinə hansı maddələrin vurulduğunu ümumiyyətlə anlayırlarmı?”

Onun sözlərinə görə, gənc qadınlar artıq gözəlliyin nə demək olduğunu anlamır, çünki ən vacib olan – ideal görünməkdir:

“Hollivud imici — bir mifik anlayışdır. Dördsaatlıq makiyaj, gündəlik üz proseduru… Real həyatda heç kim belə görünmür”.

Aktrisa illərdir özünü olduğu kimi qəbul etməyə çağırır və həmişə qürurla bildirib ki, heç vaxt plastik əməliyyat etdirməyib:

“Mən tanıdığım ən gözəl qadınların bəzilərinin 70 yaşdan çox yaşı var”, – deyə Uinslet vurğulayıb.

“Titanik” ulduzu öz təbii görünüşü ilə qürur duyur. O, “The Great” (“Böyük”) filminin çəkilişlərində qarnındakı qırışları gizlətməkdən imtina edib, baxmayaraq ki, çəkiliş heyətindən biri onu buna razı salmağa çalışıb:

“Mən bununla qürur duyuram, çünki bu mənim həyatımdır. Onu gizlətmək heç vaxt ağlıma gəlməzdi”.

Uinslet eyni zamanda arıqlıq kultunu və çəkini azaltmaq üçün istifadə olunan dərmanları da sərt tənqid edib:

“İnsan özünü yalnız görünüşə görə qiymətləndirəndə bu, qorxuludur”.

"Real həyatda heç kim belə görünmür" – məşhur aktrisa onları sərt tənqid etdi