Rəqsanə azadlığa buraxıldıqdan sonra ilk dəfə efirdə - Video
Şou
Müğənni Rəqsanə İsmayılova azadlığa buraxıldıqdan sonra ilk dəfə efirə çıxıb.
News24.az xəbər verir ki, sənətçi “Tarixin bir günü” verilişində qonaq olub.
O, çətin günlərdən keçdiyini bildirib: “Məni düşünən və narahat olan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm. Haqqınızı mənə halal edin. Allah böyükdür. Mən bir Azərbaycan qadınıyam və 4 övladım var. Çox çətin bir dövr yaşayıram. Düşünürəm ki, hər şeyi geridə qoyaraq uşaqlarımın yanında olmalıyam. Bu daha vacibdir. Özümü ilk dəfə səhnəyə çıxanda necə hiss edirdimsə, indi də elədir, çox həyəcanlıyam. Bu həyatda biz hər şey yaşaya bilərik”.
Qeyd edək ki, R. İsmayılova bu ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib. Noyabrın 19-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.