Rəqsanə: "Sevgini Fazillə bitirmişəm, ayrılmamışıq"
Şou
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə bağlı "Fazillə hər şey bitib" fikrinə aydınlıq gətirib.
News24.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb.
"Demək istədim ki, sevgini Fazillə bitirdim. Ayrılmamışıq. Dünəndən o da əsəbiləşib ki, sən demədin. İndi uşaqlarımla birlikdədir. Ayrılmağı gizlətmək olmaz, ortaya çıxır", - deyə, ifaçı qeyd edib.
Xatırladaq ki, Rəqsanə ötən gün konsertində "Fazillə hər şey bitib" sözlərini deyib. Onun bu nikahdan 2 övladı var.