Ronaldonun nişanlısı ilk dəfə 30 karatlıq üzüyündən danışdı

Ronaldonun nişanlısı ilk dəfə 30 karatlıq üzüyündən danışdı Şou

Georgina Rodriges Kriştiano Ronaldonun evlilik təklifi zamanı hədiyyə etdiyi 30 karatlıq nişan üzüyü ilə bağlı ilk dəfə açıqlama verib.

News24.az. xəbər verir ki, bu barədə Georgina İspaniyanın "ELLE" jurnalına danışıb. 31 yaşlı model bildirib ki, üzüyü görərkən çox təəccüblənib.

Rodriges yumorla qeyd edib: “Bu qədər il gözlədikdən sonra edə biləcəyi ən az şey bu idi".

Onun sözlərinə görə, üzük o qədər böyük olub ki, ölçüsünü anlamaqda çətinlik çəkib.

Qeyd edək ki, 2016-cı ildən birlikdə olan cütlüyün iki qızı var, Rodriges həmçinin Ronaldonun digər üç övladının ögey anasıdır.