Röya 14/41 albomunu təqdim etdi
Şou
Xalq artisti Röya Ayxan gözlənilən 14/41 albomunu təqdim edib.
News24.az xəbər verir ki, ənənəvi formatda təqdim olunan CD-nin adında qeyd edilən “14” albomdakı mahnıların sayı, “41” isə 14 iyun tarixində Xalq artistinin “qızıl yaş” dövrü hesab edilən - 41 yaşa qədəm qoyması ilə bağlıdır.
Xalq artisti albom ideayasının dostlarından gəldiyini bildirib: “8 il sonra albom təqdim etdim. İndi albom dövrü deyil. Amma biz köhnənin adamlarıyıq. Albomu əsasən dövlət yol polislərinə görə hazırlamışam. Hər dəfə maşını saxlayanda məndən albom istəyirlər. Bu albom həm də ailələr, analar üçündür. 41 yaş qızıl dövrdür. Mən də bu dövrü yaddaqalan etdim”.
Röya oğlundan da bəhs edib: “Oğlum hər yerə mənimlə gəlmir. Doğum günümə də gəlmək istəmirdi. Tədbirə bir saat qalmış gedib paltar alıb. Oğlum Amerikada oxumaq istəyir. Ona görə Mayamidə ev aldım. Oğluma yaxın olmaq istəyirəm”.
Qeyd edək ki, sözügedən musiqi layihəsi Türkiyədə hazırlanıb, istehsalçı şirkət “Kevents Group”dur.
Albomun prodüseri Kənan Bayramov, musiqi prodüseri Hacı Nazimdir. Albomun üz qabığındakı fotonu Orçun Mutlu ərsəyə gətirib, Xalq artistinin obrazı üzərində Elnur Həsənov, Akın Sert, Özgür Yüksel çalışıb. CD-nin qrafik dizayneri Ahmet Terzioğludur.
Albom Röya Ayxana məxsus bütün musiqi platformalarında təqdim olunub.
Könül İBRAHİM