“Sənə can borcum var” - Flora Kərimova

“Sənə can borcum var” - Flora Kərimova Şou

“Şuşam, Xocalım, Xankəndim yüz illərdir bu gün kimi azad deyildi. Bu gün “Qarabağ Azərbaycandır” dediyimiz qədər, yüz illər idi Qarabağ Azərbaycanın olmayıb! Azadlığın əbədi olsun!”

News24.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Xalq artisti Flora Kərimova yazıb. O, Zəfər gününü bu sözlərlə ifadə edib: 

“Sənə zəfər yaraşır, Azərbaycan! Səni qürurlu görməkdən ötrü nələrdən keçmədim və nələrdən keçərəm. Sənə can borcum var. Və bu gün hamıdan xoşbəxt, hamıdan şad, hamıdan fərəh, hamıdan kövrək bir can, sənindir Azərbaycan”.