Sənətçilərimizə söz atan Okan: - "BAKIDA MƏNİ TƏQİB EDİRDİLƏR"

Sənətçilərimizə söz atan Okan: - "BAKIDA MƏNİ TƏQİB EDİRDİLƏR" Şou
Türkiyənin məşhur şoumeni Okan Bayülgən ölkəmiz haqda fikirlər səsləndirib.
 
News24.az xəbər verir ki, "Uykuzuslar Külübü" verişində aparıcı Azərbaycandan ağız dolusu danışıb. O bildirib ki, Azərbaycanda maaşlar Türkiyəyə nisbətən daha düzgün verilir: "Bakıya getdiyim zaman oranı çox bəyəndim. İnanılmaz xoşuma gəldi. Hətta Bakıda ev kirayələmək belə istədim. Mənə dedilər ki, səni Azərbaycana transfer edək və Bakıda proqram apar. Ancaq veriləcək ödənişi hesabladıqdan sonra pulun az olduğunu söylədim. Çünki o pula görə buradan oraya gedib-gəlməyə dəyməz. Türkiyəyə gəldikdən sonra isə illərcə bizim televiziyalarda çox pul verildiyini düşündüm. Bizdə televiziya işçilərini ərköyünləşdiriblər. Azərbaycanda isə televiziyalar öncədən nəyə gücü çatdığını deyir. Hazırda bizim televiziyalar batarkən burada da işçilər Bakıda verilən maaşa yaxın pul alırlar. Düzdür, televiziyada işləyənlər bu məbləğlə razı deyillər. Əslində isə bu, normaldır”. 
 
Şoumen azərbaycanlıların tərbiyəli insanlar olduqlarını qeyd edib: "Bakıda olarkən hoteldən çıxıb şəhəri gəzmək istədim. Bu zaman bir nəfər məni izləməyə başladı. Yavaş-yavaş insanların sayı çoxaldı. Düşündüm ki, məni döyəcəklər. Sonda onlardan nə istədiklərini soruşanda, niyyətlərinin mənimlə şəkil çəkdirmək olduğunu, amma yaxınlaşmağa çəkindiklərini dedilər. Azərbaycanda insanlarda inanılmaz tərbiyə var. Bu, xoşuma gəlir".
 
Qeyd edək ki, şoumen bir neçə gündür azərbaycanlı ifaçıları efirə dəvət edib onlara söz atmasıyla gündəmi zəbt edib.

Sevda Bayramova