Şahin Əhməd Camalın Azərbaycanla bağlı arzusundan - YAZDI
Şou
Əməkdar artist Şahin Növrəsli ötən gün dünyasını dəyişən məşhur amerikalı caz ifaçısı və bəstəkarı Əhməd Camalla bağlı paylaşım edib.
News24.az xəbər verir ki, cazmen birlikdə çəkilən fotolarını yayımlayaraq aralarında bir vaxtlar olan söhbəti bölüşüb.
"Mənə deyirdi ki, Şahin, niyə mənə Azərbaycanda Naftalandan danışmırsan, oranı ziyarət etmək istəyirəm. Birlikdə etdiyimiz dərin söhbətlər üçün darıxacağam... Sənin müdrikliyin üçün darıxacağam... Tək mən yox, milyonlarla insan sənin üçün darıxacaq. Dostluğuna, rəhbərliyinə, mənə və bir çox musiqiçilərə verdiyin gözəl məsləhətlərə görə təşəkkür edirəm. Allah ailənizə səbr versin" deyə, Şahin paylaşımında yazıb.
Qeyd edək ki, Əhməd Camal 92 yaşında prostat vəzi xərçəngindən dünyasını dəyişib.