Şəmkirdə 5 yaşlı uşaq faciəli şəkildə öldü
Şou
Şəmkirdə azyaşlını maşın vuraraq öldürüb.
News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Şəmkir şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı minik maşını 5 yaşlı Amin İslamlını vurub.
O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.