Sony Music-dən şirkətlərə xəbərdarlıq

Sony Music-dən şirkətlərə xəbərdarlıq Şou

Amerikanın musiqi şirkəti Sony Music texnologiya şirkətlərinə süni intellekt (AI) sistemlərini inkişaf etdirmək üçün icazəsiz mahnılarından istifadə etməmələri barədə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, Sony Music 700 şirkətə göndərdiyi məktubda "sənətçilərinin musiqisinin icazəsiz istifadə oluna biləcəyini" düşünməyə əsaslarının olduğunu bildirib.

Sony Music şirkətlərə, o cümlədən Google, OpenAI və Microsoft kimi texnologiya nəhənglərinə süni intellekt sistemlərini inkişaf etdirmək üçün mahnılarını icazəsiz istifadə etməmələri barədə xəbərdarlıq edib. İcazəsiz istifadənin hüquqi problemlərə səbəb ola biləcəyini qeyd edib.

Məktubda şirkətlərdən süni intellekt sistemlərini inkişaf etdirmək üçün hansı mahnılardan istifadə edildiyi, mahnılara necə daxil olduğu və mahnıların neçə nüsxəsinin edildiyi kimi suallara cavab vermələri istənilib.

Günel Məlikzadə