“Space” TV-də nə baş verir? - Video

“Space” TV-də nə baş verir? - Video Şou

“Space TV”də yayımlanan “Tarixin bir günü” proqramında qalmaqal yaşanıb.

News24.az-ın məlumatına görə, tarixçi Tarix Əliyev bu hadisəyə dair öz YouTube kanalında video paylaşıb.

Verilişdə müğənni kimi təqdim olunan Firuzə Babayeva və Mehriban Qənbərova arasında sözlü mübahisə yaranıb. Gərginlik o həddə çatıb ki, onlar ayağa qalxaraq davanı davam etdiriblər. Proqramdakı digər iştirakçılar onları ayırmağa çalışıblar.

Qeyd edək ki, “Space TV” Audiovizual Şura tərəfindən bir neçə dəfə efirdəki qanun pozuntularına görə xəbərdarlıq alıb və cəzalandırılıb. Məsələn, Tarix Əliyevin proqramında həbsdə olan meyxanaçı Rəşad Dağlının ad günü qeyd olunub, aparıcı Səidə Bəkirqızı isə Ağdamda 16 yaşlı məktəbliyə qarşı baş vermiş cinsi zorakılıq hadisəsini təqdim edərkən müvafiq qanunu pozub.

Daha ətraflı videomaterialda: