Tanınmış aktyor 3 ildir oğlunu görə bilmir

Tanınmış aktyor 3 ildir oğlunu görə bilmir Şou

Aktyor Müşviq Şahverdiyev “Günə uğurla” verilişində övladı ilə bağlı hisslərini bölüşüb.

News24.az xəbər verir ki, oğlu Murad hazırda Ukraynada yaşayır və Azərbaycana gəlmir.

Şahverdiyev uşağı sonuncu dəfə 3 il əvvəl görüb və hazırda o, anası, babası və nənəsi ilə birlikdə yaşayır. Aktyor qeyd edib ki, birbaşa uçuşların olmaması və müharibə şəraiti səbəbindən oğlu ilə görüşmək mümkün deyil:

"Orada anası, babası və nənəsi ilə yaşayır. Ora birbaşa uçuş yoxdur, başqa ölkə vətəndaşları gedə bilmir. Gedə bilmirəm, onlar da gəlmirlər. Uşaq Azərbaycan dilini unudur, kaş belə etməsəydilər".

Müşviq Şahverdiyev həmçinin şəxsi maliyyə vəziyyəti ilə bağlı da danışıb və halal zəhməti ilə qazandığını qorxusuz açıqlamaq istədiyini vurğulayıb.

Qeyd edək ki, Müşviq Şahverdiyev 2017-ci ildə Aynurə adlı xanımla ailə qurub. Cütlüyün boşanması 2023-cü ildə baş verib və onların bir oğul övladı var.