Tarkan imamın bu təklifini - RƏDD ETDİ
Şou
Bir müddət müalicə aldığı xəstəxanada ürək tutması nəticəsində həyatını itirən Tarkanın anası Neşe Tevetoğlu üçün Maltepe Cümhuriyyət məscidində dəfn mərasimi keçirilib. Günorta namazından sonra qılınan cənazə namazından sonra Neşe Tevetoğlunun cənazəsi Maltəpə qəbiristanlığında torpağa tapşırılıb.
News24.az xəbər verir ki, yaxınları və sevənləri tərəfindən tək buraxılmayan Tarkan göz yaşlarını saxlaya bilməyib. Anasının tabutunu çiynində daşıyan Tarkan anasının məzarı başında gözləyərkən duyğulu anlar yaşayıb.
O, anası Neşe Tevetoğlunu dəfn edərkən imam Tarkandan "Tarkan bəy, məzarın içərisinə girmək istəyirsinizmi?" sualına "yox" cavabı verib.
Günel Məlikzadə