“Təhminə” və “Zaur” yenə BİR ARADA: - Xalq artistindən maraqlı PAYLAŞIM - FOTOLAR

“Təhminə” və “Zaur” yenə BİR ARADA: - Xalq artistindən maraqlı PAYLAŞIM - FOTOLAR Şou

Xalq artisti Fəxrəddin Manafov “Təhminə” filmində tərəf-müqabili olduğu türkiyəli aktrisa Meral Konratla fotolarını paylaşıb.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, qardaş ölkənin Ankara şəhərində çəkilən fotolar sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

İzləyicilərin əksəriyyəti yazdıqları rəylərdə ona olan sevgilərini ifadə ediblər:

“Canlı əfsanəmiz…

Korifey aktyor…

Çox sevdiyim aktyor…”

İzləyicilər arasında onları bir-birinə yaraşdıranlar da olub:

“Sən də subay, Təhminə də. Evlənin…”

Xatırladaq ki, bir müddət öncə bu iki sənətçi arasında inciklik yaşanıb. Meral Konrat Fəxrəddin Manafovun onu məyus etdiyini deyib.

Buna aktyorun “Təhminə-2” filmininin çəkilişi adı ilə onu Bakıya dəvət etməsi, nəticədə isə sadəcə, Zülfiyyə Xanbabayevanın klipinə çəkilməsi səbəb olub.


“Təhminə” və “Zaur” yenə BİR ARADA: - Xalq artistindən maraqlı PAYLAŞIM - FOTOLAR