"Toya gedib gələnə kimi ölüb-dirilir" - Cavanşir Məmmədov həyat yoldaşından danışdı - VİDEO
Şou
Əməkdar artist Cavanşır Məmmədov ARB TV-də yayımlanan "Söz baz" verilişinin qonağı olub.
News24.az xəbər verir ki, müğənni söhbət əsnasında həyat yoldaşından danışıb: "İnanın ki, mən toya gedib gələnə qədər həyat yoldaşım ölüb-dirilir. Evə girəndə birinci sualı o olur ki, "oxuya bildin?". Yəni bu, səsdir. Bununla zarafat etmək olmaz. Boş nəfəsdir, getdi bir də gəlmədi. Xanımım sənətimin gücünü bilir. Onu toyda tanımışam, o da məni elə orada görüb bəyənib. Dörd qardaşın bir bacısı olub. İmkanlı ailədən idi. Biz nişanlananda İncəsənət Universitetinə qəbul olmuşdu. Təhsilini davam edib-etməməyini incəsənət adamı olduğuma görə mənimlə məsləhətləşmişdi. Mən də ona dedim ki, "Bir ailədə bir incəsənət adamı olsa bəsdir". Bir kəlmə bunu dedim vəssalam".