İrəm və Hadisə daxil olmaqla, saxlanılan 19 nəfərdən - yeni xəbər
Şou
Türkiyədə İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində ictimaiyyət tərəfindən tanınan bir sıra məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik və ya psixotrop maddə istifadəsi ittihamı ilə əməliyyat keçirilib.
News24.az "Haberglobal"a istinadən xəbər verir ki, əməliyyat zamanı Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger və Ceren Moray Orcan ifadə vermək və qan nümunəsi təqdim etmək üçün İstanbul Vilayət Jandarm Komandanlığına aparılıblar.
Məlumata görə, istintaq bəzi şübhəlilərin narkotik maddə istifadəsinə dair əldə edilən dəlillər əsasında başlanıb. Hazırda məşhurların polisdə prosedurları davam edir və ifadəvermə mərhələsindən sonra hüquqi proseslər yekunlaşdırılacaq.
Prokurorluq mənbələrindən bildirilib ki, istintaq çoxşaxəli şəkildə davam etdirilir.
***
Türkiyədə “Narkotik maddə istifadəsinə təşviq” ittihamı ilə saxlanılan 19 məşhurun hamısı azadlığa buraxılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.