Türkiyəli müğənnidən Damlaya: - “İki klipimi oğurlamısınız” __NEWL__

Türkiyəli müğənnidən Damlaya: - “İki klipimi oğurlamısınız” __NEWL__ Şou
Müğənni Damla “Kibrit” adlı mahnıya çəkdirdiyi klipi təqdim edib.

News24.az xəbər verir ki, sənətçinin yeni işi türk həmkarı Asya Gashinin “Dillere Düşmüşsün” klipinin plagiatı olduğu ortaya çıxıb. 

“Şok Şok! Yuxudan oyandım gördüm ki, Türkiyədən və Azərbaycandan bütün jurnallar məni tag edib. “Dillere Düşmüşsün” mənim sevimli mahnım və klipim idi. Mahnını iki il əvvəl çıxarmışam. Bu gün mən başqa bir sənətçini gözəl bir şey etmək üçün necə ilhamlandırdığımı başa düşdüm, lakin onların bütün detallarımı götürəcəyini heç düşünmədim. Başqalarına ilham verdiyim üçün xoşbəxtəm, amma düşünürəm ki, sənətkar özü olmalıdır!
Damla xanımı təbrik edirəm. Rejissor kimdir bilmirəm amma fikrimcə , bu qədər detal götürmək doğru deyil. Mənim iki klipimdən o qədər detal oğurladılar ki...”

Qeyd edək ki, Damlanın klip rejissoru Xəyal Hüseyndir, Asyanın layihəsini isə Selim Akar ekranlaşdırıb.

Könül İBRAHİM