"Ümid edirəm ki, tale o əzabları özünə qaytaracaq"
Şou
Müğənni Nigar Camal Bakının İçərişəhər ərazisində yerləşən Mirzə Ələkbər Sabir parkında pişiklərin kütləvi şəkildə zəhərlənməsi ilə bağlı xəbərlərə reaksiya verib.
News24.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib:
"İnsan nə qədər şərəfsiz, nə qədər qəddar və vicdansız olmalıdır ki, müdafiəsiz pişikləri zəhərləyib öldürsün?! Allahdan nə qədər qorxmamalısan ki, günahsız canlıları bilərəkdən belə əzablara məhkum edəsən?!
Ümid edirəm ki, tale bu alçağa yaşatdığı bütün o ağrıları, əzabları və etdiyi pislikləri özünə qaytaracaq! Hər məhv edilən günahsız canın hesabını gec-tez verməli olacaq".
Qeyd edək ki, pişiklərin zəhərlənməsi ilə bağlı 1news.az məlumat yayıb. Sabir parkında pişiklərin kütləvi şəkildə tələf olması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Zəhərlənməyə səbəb olan maddənin növü və hadisənin təfərrüatları hələlik məlum deyil.