“Uzak Şehir”in yeni bölümünün təxirə salınmasının səbəbi açıqlandı
Şou
Bu ilin ən çox izlənilən seriallarından olan“Uzak Şehir”in yeni bölümü dünən gecə efirə verilməyib.
News24.az xəbər verir ki, qərarın serialda “Cihan Albora” obrazını canlandıran baş rol ifaçısı Ozan Akbabanın həyat yoldaşı Buket Akbabanın səhhətində yaranan problemlərlə bağlı verildiyi açıqlanıb.
İstehsal şirkəti bildirib ki, çəkilişlər Mardində davam etdiyi vaxt Akbabanın həyat yoldaşının ürək əməliyyatı keçirməsi səbəbindən proses yarımçıq qalıb və yeni bölüm bir həftə təxirə salınıb. Ozan Akbaba xəstəxanadan çıxanadək həyat yoldaşının yanında qalacaq.