Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat etdi Şou

Xalq artisti Elmira Şabanova vəfat edib.

News24.az-ın əldə etdiyi məlumata görə, o, bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutundada əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib.

Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.

Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.

"Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmi ilə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.

Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur./Oxu.az