Xərçəngdən əməliyyat olunan Sevda Əliqızıdan - YENİ XƏBƏR

Xərçəngdən əməliyyat olunan Sevda Əliqızıdan - YENİ XƏBƏR Şou

Xəbər verdiyimiz kimi, süd vəzi xərçəngindən əziyyət çəkən müğənni Sevda Əliqızı noyabrın sonlarında əməliyyat olunub. 

News24.az bildirir ki, sənətçinin hazırkı vəziyyətinin necə olduğunu öyrənmək üçün Bizim.Media-nın əməkdaşı Sevda ilə əlaqə saxlayıb. 

S.Əliqızı müalicələrini davam etdirdiyini söyləyib: 

"Səhhətim günü-gündən yaxşılaşır. Müalicələrimi davam etdirirəm. Bir az əvvəl həkim qəbulunda idim. İndi isə evə gedirəm. Şükürlər olsun ki, aldığım müalicələr müsbət nəticə verir".