Xoşqədəm Hidayətqızı: “Aygün Bəylərə toxunmaq olmaz!”
Şou
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, o, mərhumun videosunu paylaşaraq bunları yazıb:
“Elə insanlar var ki, onlara toxunmaq olmaz, çünki onlar xalqın qəlbində ucaldıqları yerdə toxunulmaz olurlar. Aygün Bəylər də həmin nadir insanlardandır.
Böyük sənətkar, böyük səs, böyük istedad… Ola bilər ki, rəsmi olaraq “Xalq artisti” adını almayıb, amma o, bu adın həqiqi sahibiydi — səhnəyə çıxdığı ilk gündən.
Bu xalqın yaddaşında səsi ilə, sənəti ilə, ləyaqəti ilə əbədi yer aldı. Onun ölümü mənə elə təsir etdi ki, sanki ən yaxınımı itirdim… Bu ağrı daim qəlbimdədir və onun xatirəsi heç vaxt silinməyəcək.
Unutmayın, bəzi insanlar fiziki olaraq gedir, amma geridə elə bir iz qoyurlar ki, zaman belə o izi silə bilmir… Aygün Bəylər də məhz o izlərdən biridir”.