"Xoşbəxt həyatım var, onu niyə toyla korlayım?"

"Xoşbəxt həyatım var, onu niyə toyla korlayım?" Şou

61 yaşlı məşhur aktyor Rassel Krou 33 yaşlı sevgilisi Britni Terio ilə münasibətlərindən danışıb.

News24.az xəbər verir ki, aktyor “60 Minutes”a verdiyi müsahibədə nişanlandıqları barədə yayılan söz-söhbətləri təkzib edib.

“Bizim Britni ilə nişanlı olduğumuz və mənim yenidən evlənəcəyim barədə bütün söz-söhbətlər yalandır. Yenidən evlənməyin mənası yoxdur. Mən artıq bir dəfə evli olmuşam. Bu kifayətdir. Xoşbəxt həyatım var. Onu niyə toyla korlayım? Biz çox yaxşı dostuq, hər səhər gülümsəyərək oyanırıq və hər şeyi birlikdə edirik. Bir-birimizə hörmət edirik və çox xoşbəxtik”, - deyə Krou bildirib.