Yazıçının tənqidlərinə cavab vermədi

Yazıçının tənqidlərinə cavab vermədi Şou
Meyxanaçı Namiq Qaraçuxurlu yazıçı Tural Cəfərovun  (Qan Turalı) “Meyxana” mahnısını tənqid etməsinə müansibət bildirib. 

News24.az-a açıqlamasında meyxanaçı qeyd edib ki, tənqidlərə cavab verək istəmir: “Əminə Şirin ilə bəyənərək ifa etmişik. İradlara cavab vermək fikrim yoxdur”.

Qeyd edək ki, Qan Turalı feysbukda mahnının “Meyxananın şah beyti qafiyədir” hissəsində səhvə yol verildiyini açıqlayıb: “Şah beyt şeirin ən vurucu, ən parlaq beytidir: “O qara xalı versələr qanın içərəm” (Seyid Əzim) kimi. Qafiyə isə nəinki şah beyt, ümumiyyətlə beyti deyil. Buradan da göründüyü kimi meyxana nadanlığın nəriltisi, cəhalətin hay-küyüdür”.

Könül İbrahim