Yeni imici ilə tamaşaçıları təəccübləndirdi - Video

Yeni imici ilə tamaşaçıları təəccübləndirdi - Video Şou

Uzun fasilədən sonra səhnəyə qayıdan məşhur müğənni Emrah Erdoğan yeni imici ilə tamaşaçıları təəccübləndirib.

News24.az xəbər verir ki, “Kiçik Emrah” kimi tanınan sənətçi illər sonra verdiyi konsertdə daha sadə və idman tərzində geyimi ilə diqqət çəkib. Tamaşaçıların bəzisi onun yeni görünüşünü təbii və səmimi qəbul etsə də, bəziləri onu qınayıb.

Müğənninin Bakıdakı konsertindən həmin görüntülər sosial şəbəkədə minlərlə baxış və şərh toplayıb.