“Zəfər Günündə Bakıda konsert verməkdən qürur duyuram” - VİDEO
Şou
Türkiyənin tanınmış pop ulduzu Gülbən Ərgün Bakıda konsert proqramı ilə çıxış edəcək.
News24.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçiriləcək konsert sənətçinin pərəstişkarları tərəfindən maraqla gözlənilir.
Konsert öncəsi Bakıya gələn Gülbən Ərgün Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələrinin suallarını cavablandırıb.
Sənətçi 8 Noyabr – Zəfər Günü ərəfəsində Azərbaycanda olmaqdan və paytaxtda səhnəyə çıxmaqdan məmnunluğunu ifadə edib.