Bakı zooparkı bağlanır - SƏBƏB
    • 1-02-2019, 11:14
    • 1 097

Bakı zooparkı bağlanır - SƏBƏB

Bakı zooparkı fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Bu barədə Zooloji Parkın direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə zooparkın şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür:
“Zooloji parkda yenidənqurma işlərinin başlanması səbəbindən artıq heyvanlar köçürülür. Heyvanlar müvəqqəti olaraq Qaradağ rayonunda onlar üçün ayrılan xüsusi yerlərə aparılır. Planlaşdırılan işlər yekunlaşdıqdan sonra heyvanlar yenidən zooloji parka qaytarılacaq”.

A.Hüseynov onu da əlavə edib ki, parkın sahəsinin əsaslı təmir edilərək genişləndirilməsi nəzərdə tutulur:
“Çoxsaylı şikayətlər daxil olurdu ki, heyvanların yerləri kiçikdir, natəmizlikdir və s. Artıq bu kimi problemlər olmayacaq. Hazırda parkın ərazisi 2.25 hektardır. Yenidənqurma işlərindən sonra ərazi 4.25 hektara qədər genişləndiriləcək. Ümumilikdə, belə düşünürəm ki, planlaşdırılan işlər bu ilin sonuna qədər tam şəkildə yekunlaşdırılacaq”. 

//OxuAz