Putin nazirləri topladı - Rusiya da müqavilədən çıxdı
    • 2-02-2019, 15:57
    • 722

Putin nazirləri topladı - Rusiya da müqavilədən çıxdı

ABŞ dövlət katibi Mayk Pompeo dünən ölkənin fevralın 2-dən 1987-ci ildə Rusiya ilə imzaladığı “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən birtərəfli olaraq çıxacağını açıqladıqdan sonra Rusiya da məsələyə biganə qalmayıb.

Prezident Vladimir Putin bu gün XİN rəhbəri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqu ilə keçirdiyi görüşdə Rusiyanın sözügedən müqavilədə iştirakını dayandırdığını bəyan edib.




“Bizim cavabımız qarşılıqlı olacaq. Amerikalı tərəfdaşlar müqavilədə iştiraklarını dayandırdıqlarını elan etdilər, biz də dayandırırıq. Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindən xahiş edirəm ki, bununla bağlı hər hansı danışıqlar aparmağa təşəbbüs göstərməsinlər. Hələlik gözləmək daha münasib qərardır”, -deyə Putin bildirib.

Xatırladaq ki, 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

//Qafqazinfo