İki dəfə imtahana girdi, hər ikisində 695 bal topladı - FOTO
    • 23-07-2018, 17:02
    • 909

İki dəfə imtahana girdi, hər ikisində 695 bal topladı - FOTO

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Hidayət Ələkbərli qəbul imtahanında 695 bal toplasa da bununla razılaşmayıb ikinci dəfə imtahanda iştirak edib.

News24.az xəbər verir ki, o Azərbaycan dilindən 1 səhv edərək 695 bal toplayıb. Maraqlıdır ki, Hidayət ikinci imtahandan da eyni balla çıxıb. İngilis dilindən  öncə sualın cavabını kitabçaya düz yazsa da cavab kartına köçürəndə səhvə yol verən abituriyent yenidən 695 bal toplayıb.