Səfər Mehdiyev Ağsuda vətəndaşları qəbul edəcək
    • 20-02-2019, 11:15
    • 797

Səfər Mehdiyev Ağsuda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ağsuda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən News24.az-a verilən məlumata görə, komitə sədri fevralın 23-də saat 10:00-da Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbul zamanı bölgədə yerləşən-Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

News24.Az