Dövlət başçısı Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
    • 21-02-2019, 14:25
    • 776

Dövlət başçısı Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb

Prezident İlham Əliyev Ağdam rayonunun Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

News24.Az bildirir ki, sərəncama əsasən doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

News24.Az