Bakıda gələn ay ilk “DOST” mərkəzi açılacaq
    • 22-02-2019, 10:50
    • 2 893

Bakıda gələn ay ilk “DOST” mərkəzi açılacaq

Bu il Bakının Yasamal, Binəqədi, Nizami və Xəzər rayonlarında “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur.

News24.az xəbər verir ki, ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir. Eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur.
2019 – 2025-ci illərdə ölkədə ümumilikdə 31 “DOST” Mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq. Mərkəzlərdə dövlət sosial xidmətləri sistemləşdirilmiş formada vahid platformadan, “bir pəncərə”dən vətəndaşlarla açıq iş şəraitində şəffaf və operativ şəkildə təqdim olunacaq. Bura əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələr üzrə xidmətlər daxildir.

Nigar MƏMMƏDLİ