Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
SİYASƏT

26 fevral 2019, 15:01

Mətn ölçüsü

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat dərc edib. Məlumata görə Rusiya lideri Türkiyə Prezidentini doğum günü münasibəti ilə təbrik edib.
V.Putin Türkiyə-Rusiya əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə R.T.Ərdoğana təşəkkür edib. O, bu ilin aprelində keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıqların başladığını deyib. 
Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü il fevralın 26-da Türkiyənin İstanbul şəhərində anadan olub. Bu gün onun 65 yaşı tamam olur.