İranda möhtəşəm QARABAĞ ETİRAZLARI - VİDEO
    • 1-03-2019, 19:38
    • 869

İranda möhtəşəm QARABAĞ ETİRAZLARI - VİDEO

Hazırda Təbrizin “Traktor” futbol klubu İsfahanın “Sepahan” komandası ilə qarşılaşır.

News24.Az bildirir ki, oyunda ikinci hissə oynanılır və “Traktor” 2-0 hesabı ilə irəlidədir.
Oyunun əvvəlində başlayaraq, “Traktor” azarkeşləri Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirirlər.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tehranda səfərdə olarkən erməni icması ilə “Ararat” klubunda görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakatın qaldırılmasına İranın icazə verməsi etiraza səbəb olub.

//AxtarAz