Pakistanın Baş naziri özünü Nobel Sülh Mükafatına layiq görmür

Pakistanın Baş naziri özünü Nobel Sülh Mükafatına layiq görmür
SİYASƏT

04 mart 2019, 22:28

Mətn ölçüsü

“Özümü Nobel Sülh Mükfatına layiq görmürəm”.

News24.Az xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan Nobel Sülh Mükafatına layiq görülməsi üçün namizədliyinin irəli sürülməsi barədə imzatoplama kampaniyasını şərh edərkən bildirib.
“Kəşmir problemini bölgə sakinlərinin tələblərinə uyğun həll edib onun qapılarını dünyaya açan, ərazini inkişaf etdirən Nobel mükafatına layiq görülməlidir”, - o vurğulayıb.
Qeyd edək ki, son dörd gündə İmran Xanın Nobelə namizədliyinin irəli sürülməsi üçün 326 min imza toplanıb. 

//Anadolu