Dövlət başçısı bayram münasibətilə bu xanımları fəxri adla təltif etdi
    • 6-03-2019, 18:16
    • 993

Dövlət başçısı bayram münasibətilə bu xanımları fəxri adla təltif etdi

Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

News24.Az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”
Namazova Sevda Nadir qızı
Rüstəmova Məlahət Oruc qızı
Salmanova Larisa Parfenevna

“Əməkdar həkim”
Mirzəyeva Xatirə Əbdülrəhim qızı

“Əməkdar mədəniyyət işçisi”
Ələkbərova Nüşabə Nazir qızı.