Məşhur aktyor: "Qızımın həyatını  yuxuma borcluyam"
    • 26-07-2018, 10:49
    • 1 262

Məşhur aktyor: "Qızımın həyatını yuxuma borcluyam"

Əməkdar artist Çingiz Əhməd "Xəzər TV"-də yayımlanan "Qadın gülərsə" verilişinin qonağı olub.

Məşhur komediya aktyoru illər öncə gördüyü bir yuxudan danışıb:

"Bir yuxuma ömrüm boyu borcluyam. Qızım anası ilə yatmışdı. Evdə Vaska adlı pişiyim var idi. Təsəvvür edin ki, uşağın bütün ağzı, burnu yapışıb anasının sinəsinə. Bir də gördüm ki, yuxuda pişik üzümə bir cırmaq atdı, üzümü qan götürdü və oyandım. Tez uşağı götürdüm, gördüm ki, uşağın nəfəsi gəlmir. Uşağı silkələdim, sonra özünə gəldi. İnanın Allaha, səhərə qədər yata bilmədim. Ümumiyyətlə, pişikləri sevirəm. Harda pişik gördümsə, mağazadan nəysə alıb onu yedizdirirəm. Mən gec dursaydım, pişik üzümü cırmasaydı, bəlkə də 6 aylıq qızım dünyasını dəyişəcəkdi. Tər içində ayıldım, üzüm qan, gördüm ki, qızım boğulur".