“Dünyanın ən yalqız adamı” – 22 ildə bir insanla belə görüşməyib - FOTOLAR
    • 26-07-2018, 11:11
    • 1 393

“Dünyanın ən yalqız adamı” – 22 ildə bir insanla belə görüşməyib - FOTOLAR

Brazilyanın Amazon meşələrində 22 ildir tək başına yaşayan insanın şəkilləri yayılıb. Həmin insan kişidir. Bir zamanlar 6 nəfərdən ibarət ailəsi vardı. 1996 –cı ildə ailəsini 5 üzvünün öldürüldüyü gündən bu yana təkbaşına yaşayır. 

Heç bir insan  bu vaxta qədər cürət edib ona yaxınlaşa bilməyib. Hətta, Braziliyada insanlar onu “Çuxur adam” adlandırırlar. Bu adı o, ovunu ovlamaq üçün çox sayda qazdığı çuxurlara görə alıb. 

Ölkədə hər kəsin marağına səbəb olan bu insan haqqında nə qədər məlumat almaq istəsələr də, mümkün olmayıb. “Dünyanın ən yalqız adamı” haqqında çox az məlumat var. Braziliyanın “Funal” təşkilatı tərəfindən yalqız adamın uzaqdan fotoşəkilləri çəkilib. 

“Çuxur adam”ın 50 yaşlarında olduğu deyilir. 

Elvin Nüsrətoğlu