Türkiyə İranı ABŞ-dan üstün tutdu

Türkiyə İranı ABŞ-dan üstün tutdu
SİYASƏT

26 iyul 2018, 12:43

Mətn ölçüsü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın sanksiyalarına görə İranla əməkdaşlıqdan imtina etməyəcəyini bəyan edib.

News24.az-ın xəbərinə görə, Türkiyə prezidenti Amerikanın sanksiya çağırışlarına sərt reaksiya göstərib: "İran bizim yaxın qonşumuz, starteji tərəfdaşımızdır. Biz Amerikanın təzyiqlərinə görə, İranla əməkdaşlıqdan əl çəkməyəcəyik. Amerika nə istəyir? İrandan qaz almayan Türkiyə donub ölsünmü? Biz öz qərarlarımızı özümüz verəcək qədər müstəqil dövlətik"